
Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə 10.04.2025-ci il saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.
1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb
Bildirilib ki, Təmir-bərpa işləri aparılır. Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, Mida yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.