AZ

Ərdoğan DEM Partiyasının deputatlarını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, nümayəndə heyətinə DEM Partiyasının Van millət vəkili Pervin Buldan və İstanbul millət vəkili Sırrı Süreyya Öndər daxildir.

Görüşdə “Terrorsuz Türkiyə” məqsədinə nail olmaq iradəsi təsdiqlənəcək və proseslə bağlı son vəziyyət dəyərləndiriləcək.

Qəbulda AK Partiya sədrinin müavini Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edir.

Seçilən
89
2
modern.az

10Mənbələr