Böyük Britaniya Gürcüstanda insan haqlarının pozulmasında ittiham olunan daha dörd yüksək vəzifəli məmura qarşı sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Belə ki, daxili işlər nazirinin müavini Şalva Bedoidze, DİN-in xüsusi tapşırıqlar departamentinin rəis müavini Mirza Kezevadze, xüsusi istintaq xidmətinin rəhbəri Karlo Katsitadze, baş prokuror Georgi Qabitaşvili qara siyahıya salınıb.
Tətbiq edilən məhdudiyyətlər Birləşmiş Krallıq ərazisinə giriş qadağasını, həmçinin aşkar ediləcəyi təqdirdə Böyük Britaniyada olan aktivlərin dondurulmasını nəzərdə tutur.