AZ

AFFA-nın xərcləri nə qədər olub?

AFFA-nın 2024-cü ildəki xərcləri bəlli olub.

İdman.biz xəbər verir ki, bu, ötən ilin maliyyə hesabatında əksini tapıb.

Qurumun 2024-cü ildə əsas fəaliyyət xərcləri 33 milyon 438 min 355 manat təşkil edib. Xərclərin 15 milyon 708 min 658 manatı milli komandalara sərf olunub. Bundan başqa, 6 milyon 100 min manatı əmək haqqı və ezamiyyə xərclərinə, 4 milyon 139 min 618 manatı hakimlər və hakim-İnspektorlara, 1 milyon 703 min 677 manatı oyunların təşkilinə sərf olunub.

Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsinə 1 milyon 566 min 429 manat, VAR layihəsinin tətbiq olunmasına 791 min 515 manat xərclənib. Lisenziyalaşdırma və Maliyyə xərcləri 547 min 169 manat, Təsərrüfat xərcləri 486 min 712 manat təşkil edib.

Ümumi xərclərin 469 min 765 manatı nəqliyyat, 354 min 588 manatı mühafizə, 346 min 792 manatı kütləvi futbolun inkişafı, 256 min 93 manatı “Elit məşq” layihəsi, 246 min 929 manatı Marketinq və Sponsorluq Departamenti, 178 min 961 manatı Kommunal və rabitə, 149 min 529 manatı təhsil, 135 min 714 manatı aviabilet və hotel xərcləri olub. Digər xərclər 256 min 186 manat təşkil edib.

İdman.biz

Seçilən
34
8
idman.biz

10Mənbələr