AZ

Ukraynanın Sumı vilayətində əhalinin təxliyəsi davam edir

Kiyev, 11 aprel, AZƏRTAC

Ukraynanın Sumı vilayətində əhalisi təxliyə edilən yaşayış məntəqələrinin sayı artırılıb.

AZƏRTAC xəbər verir ki, Sumı Polis İdarəsinin rəisi Vladimir Artyux müvafiq qərarın regional Müdafiə Şurasının iclasında qəbul olunduğunu bildirib. "Müdafiə Şurasının son iclasında əhalisi təxliyə edilməli olan yaşayış məntəqələrinin sayını artırmaq qərarına gəldik. Bunlar Rusiya ilə sərhəddən 17 kilometr məsafədə yerləşən və intensiv atəşə tutula bilən məntəqələrdir", - deyə Artyux vurğulayıb.

O deyib ki, ümumilikdə Sumı vilayətinin 199 yaşayış məntəqəsi təxliyə planına daxil edilib. Rusiya ilə sərhəddən 5 kilometr məsafədə yerləşən yaşayış məntəqələrinin əhalisi demək olar ki, tamamilə təxliyə edilib. 49 yaşayış məntəqəsi isə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin nəzarətinə verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
110
2
azertag.az

3Mənbələr