AZ

Rusiyada 4 polis avtomobili yandırıldı

Rusiyanın Arxangelsk şəhərində 4 polis maşını yandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Arxangelsk Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün saat 21:00 radələrində Rusiya Daxili İşlər Nazirliyinin Arxangelsk şəhəri üzrə inzibati binalarından birinə bitişik ərazidə 4 xidməti avtomobil yandırılıb. Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü yerli sakin polis əməkdaşları tərəfindən yerindəcə saxlanılıb”, - məlumatda qeyd edilib.

Hazırda insidentin motivi araşdırılır.

Seçilən
86
1
axar.az

2Mənbələr