Tribunainfo.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində həbs olunan bəzi şübhəlilər Silivridəki Marmara Cəza İcra Müəssisəsindən Tekirdağ və Kocaelidəki həbsxanalara köçürülüblər.
Məlumata görə, Murat Ongun və Hüseyin Köksal Çorlu Yüksək Təhlükəsizlikli Həbsxanaya, Murat Kapki, Nihat Sütlaş, Adem Soytekin və Tuncay Yılmaz Tekirdağ F Tipi Həbsxanaya, Fatih Keleş, Necati Özkan və Serdal Taşkın isə Kocaelidə yerləşən Kandıra F Tipi Həbsxanaya köçürülüblər.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilərək Silivri Həbsxanasına göndərilən İstanbul Böyükşəhər Bələdiyyəsinin eks-başqanı Əkrəm İmamoğlu həmin şəxslərin başqa həbsxanalara köçürülməsinə sərt şəkildə etiraz edib.
İmamoğlunun etiraz xarakterli paylaşımını olduğu kimi təqdim edirik:
Musavat.com