AZ

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərlənib

Ağsu rayonunda 27 yaşlı qadın dərmandan zəhərlənib.

APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Mustafalı Rəqsanə dərmandan zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
111
11
apa.az

10Mənbələr