Husilər Zülfiqar raketindən istifadə edərək Ben Qurion hava limanına hücum edib
Yəmənin Husilər hərəkatı Tel-Əvivdəki Ben Qurion hava limanına və İsrailin şərqində yerləşən "Sdot Mixa" hərbi bazasına hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə Husi silahlı qüvvələrin hərbi sözçüsü Yəhya Sariya məlumat yayıb.
"Raket Qüvvələri iki ballistik raketdən, o cümlədən bir Fələstin-2 hipersonik raketindən istifadə edərək Sdot Mixa bazasını hədəf aldıq", - o, bildirib.
Husilər həmçinin Zülfiqar raketindən istifadə edərək Ben Qurion hava limanına hücum edib və İsrailin cənub-qərbindəki Aşkelon bölgəsindəki "mühüm hədəfə" pilotsuz təyyarə ilə zərbə endiriblər.