AZ

Lada Granta yenidən Rusiya bazarında liderdir…

…Lada Granta 2025-ci ilin 15-ci həftəsinin nəticələrinə görə (7-13 aprel) növbəti dəfə Rusiya bazarında ən çox satılan model olub. Bu müddət ərzində dilerlər 1178 ədəd Lada Granta satıblar ki, bu da avtomobilə bazarda liderliyini bərpa etməyə imkan verib.

Bir həftə əvvəl Haval Jolion krossoveri birinci yeri tutsa da, bu dəfə onun nəticəsi 1005 ədəd olub və ikinci yeri təmin edib.

SİA-nın məlumatına görə, ilk üçlüyü 725 avtomobil satışı ilə Çin avtomobil sənayesinin digər nümayəndəsi Chery Tiggo 7 PRO Max tamamlayır.

Ən populyar modellər beşliyinə həmçinin LADA Vesta sedanı və universalı daxil edilib - çarpaz versiyalar da daxil olmaqla, müvafiq olaraq 720 və 667 avtomobil satılıb. Siyahıya həmçinin LADA Niva Legend (644 ədəd) və Niva Travel (632 ədəd), eləcə də LADA Granta liftback və universal - müvafiq olaraq 616 və 547 ədəd daxildir.

Geely Monjaro 519 ədəd satılaraq TOP-10-u bağlayır. Bazardakı aktivliyə baxmayaraq, ümumilikdə hesabat həftəsində Rusiyada yeni minik avtomobillərinin satış həcmi 19,4 min ədəd təşkil edib.

Bu, əvvəlki həftə ilə müqayisədə 20 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 33 faiz azdır.

Nazlı Almuradova

Seçilən
69
sia.az

1Mənbələr