Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.
Trend-in məlumatına görə, bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.
"Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - deyə o bildirib.
M.Qindo əlavə edib ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta