BYD Teslanı keçdi! Gəlirlərinin artması ilə BYD dünyanın ən çox elektrik avtomobil satıcısı oldu.
Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, BYD, 2023-cü ilin son rübündə xalis mənfəətin artdığını və İlon Maskın Tesla-nı keçərək dünyanın ən böyük rüblük elektrik avtomobil satıcısı olub. Shenzhendə yerləşən avtomobil istehsalçısı ilin son üç ayında xalis mənfəətini 19 faiz artıraraq 1,20 milyard dollara çatdırıb.
Gəlir 15 faiz artaraq 24,9 milyard dollara çatıb. BYD-nin xalis mənfəəti bütün il üçün 81 faiz artaraq 4,2 milyard dollara, ümumi mənfəət isə keçən il 17 faizdən 20 faizə yüksəlib. BYD-nin dördüncü rübdə satış həcmi yüzdə 38 artdı; Şirkət Tesla-dan 80 min ədəd çox olan 526 mindən çox elektrik avtomobil satıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta