AZ

Pentaqon Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair heç bir əlamət aşkar etməyib

ABŞ Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət qeydə almayıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib.

Ondan Rusiya Müdafiə Nazirliyinin elan etdiyi təlimlərə münasibət bildirməsi istənilib. Belə ki, bu təlimlər zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqdan keçirilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək.

“Nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük. Biz Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət görmədik. ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün başladığı təlimləri tamamilə məsuliyyətsizlik hesab edir”, - deyə o bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Baş Qərargah aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
295
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9816
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7925
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1575
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1481
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1467
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1457
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1360
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
918
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
660
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
537
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
310
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
224
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
219