AZ

Belarus XİN: Minsk və Moskvanın birliyi Qərbdə paxıllıq yaradır

Minsk və Moskvanın birliyi Qərbdə paxıllıq yaradır.

APA xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Belarusun xarici işlər naziri Sergey Aleynik deyib.

“Bizim birliyimiz həqiqətən unikaldır. Bu, demək olar ki, dövlətin və cəmiyyətin həyatının bütün sahələrinə təsir göstərir. Bu, çoxfunksiyalıdır və iqtisadiyyatın demək olar ki, bütün sektorlarına və humanitar sahələrə təsir göstərir”, - deyə Belarus XİN rəhbəri qeyd edib.

Nazir bildirib ki, bəziləri açıq şəkildə iki dövlət arasındakı münasibətlərə ləkə vurmaq istəyirlər:

“Bu, bir çox siyasətçilərin açıq bəyanatları ilə aydın şəkildə sübut olunur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
1
Mənbələr
Şərh ()
Bağla