AZ

Səidə Ləmana od püskürdü: "Sənətkara tərbiyəsizlik edənləri..." 

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəylər haqqında xoşagəlməz ifadələr işlədib.

Bakıvaxtı.az xəbər verir ki, o, mərhum sənətçinin adını çəkərək onu təhqir edib.

Tiktokerin bu hərəkətini qəbul etməyənlərdən biri də müğənni Səidə Sultan olub.

Sosial media hesabında paylaşım edən Səidə Ləmana od püskürüb:

"Gərək belə məqamlarda Azərbaycan musiqisini təhqir edənlərin cavabını verək! Çünki Aygün Bəylər Azərbaycan musiqisinin incilərindən biridir. Sən Aygün Bəyləri təhqir etməklə musiqimizi təhqir etmiş oldun. Lazım gələndə bir olub, böyük sənətkarlara tərbiyəsizlik edənləri susdurmağa da hazırıq".

Qeyd edək ki, Ləman Vəliyeva dünən gecə sosial media hesabında paylaşım edərək, dediyi sözlərə görə üzr istəyib. 

Ziyafət Əlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
Mənbələr
Şərh ()
Bağla