AZ

Alman faşizmi üzərində Qələbə xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir

Image

9 may 2024-cü ildə alman faşizmi üzərində qələbənin 79-cu ili tamam olur... 79 ildir Azərbaycan xalqı Böyük Vətən müharibəsinin ağrı-acılarını xatirələrində yaşadır...

Bəşər övladı yaranandan müharibələr onu qara kabus kimi izləyib. Bu ağır iztirab Birinci və İkinci Dünya müharibələri zamanı, həmçinin, Ermənistanın elan olunmamış Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının taleyində yandırıcı bir yara kimi təcəssüm edib... 

Bildiyimiz kimi, müharibələr qanla nəticələnən dəhşətli fəlakətlərdir, onların yaranma səbəbləri əksər hallarda geosiyasi mühitin inkişaf etməsi və əksər hallarda da qlobal proseslərin əks təsiri ilə baş verir; yəni, ölkələr arasında yaşanan anlaşılmazlıq, hətta ağalıq iddiaları istər-istəməz müharibə faktlarına çevrilir, bundan da cəmiyyət zərər görür... Zaman-zaman baş vermiş müharibələr də bu yöndə xoşagəlməz münasibətlər sərgiləyib, insanlar səbəbsiz yerə qırılıb, ölkələr viran qalıb və s. 

XX əsrin ortalarında alman faşizminin dünyaya ağalıq iddiası ilə çıxış etməsi də bu prosesin bir nümunəsidir. Bəllidir ki, həmin vaxt Hitlerin başladığı sürətli müharibə dalğası ölkəmizin hüdudlarına qədər gəlib çıxdı... Azərbaycan xalqı öz mübarizə əzmi ilə SSRİ-nin Hitler hücumuna qarşı apardığı taktiki proseslərə ciddi təkan verdi və əsaslı olaraq, Bakının arxa cəbhəsinin, xüsusən də, Bakı neftinin gücü-qüdrəti hesabına sovet qoşunları müttəfiq respublikaların xalqlarının birgə səyinə arxalanıb alman faşizmini Qafqazdan Reyxstaqa qədər geri oturda bildi. Həmin anlarda Bakı və bütünlüklə Azərbaycan xalqı müharibəyə qarşı öz mübarizə əzmini əsaslı şəkildə nümayiş etdirdi, hər cür çətinliklərə sinə gərərək öz dərin inamını Qələbə müjdəsi ilə cilaladı. 

Bilirik ki, faşist Almaniyasının SSRİ-yə qarşı elan olunmamış sürətli müharibə siyasəti xalqımıza da azadlıq uğrunda mübarizə aparmaq, totalitar dövlətlərin ciddi müdaxilələrindən alnıaçıq çıxmaq şücaəti nəsib etmişdir. Bu, həm də bir fakta istinad edir: Həqiqətən də müharibə yaşamaq və ölmək məsələsidir. Bu baxımdan beş sabit faktoru - əxlaq, səma, Yer, sərkərdə, qayda və intizamı nəzərdə saxlamaq lazımdır. Bu faktorlar cəm halda əxlaq qanununda birləşir, xalqın öz hökmdarı ilə tam həmrəy olmasına əsas yaradır. Elə həmrəylik ki, xalq öz həyatı bahasına da olsa hökmdarının arxasınca getsin və heç bir təhlükə bu həmrəyliyi sarsıda bilməsin. Hitler isə düşünürdü ki, müharibə aldatma üzərində qurulmalı, bilavasitə şəraitə uyğunlaşdırılmalıdır. Lakin sovet ailəsi göstərdi ki, sərkərdə dövlətin istehkamıdır; əgər istehkam hər cəhətdən mükəmməldirsə, dövlət güclü olacaq...

Böyük Vətən müharibəsi başlayan il Azərbaycanın əhalisinin sayı 3,4 milyon nəfər olub, 700 min nəfərə yaxın adam (10 min qadın) cəbhəyə yollanıb, onların 300 mindən çoxu müharibədə həlak olub, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan ağır döyüşlərdə təkcə canlı qüvvə ilə yox, həm də bol nefti ilə iştirak edib. Böyük Vətən müharibəsi illərində SSRİ-də hasil olan neftin 72 faizini Bakı verib. Tarixçi-araşdırıcıların fikrincə, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyib. Deməli, tarixi qələbənin qazanılmasında ön cəbhədə vuruşan azərbaycanlılarla yanaşı, arxa cəbhədə fədakarlıq göstərən soydaşlarımızın da əməyi çox böyükdür...

Bu mənada, Böyük Vətən müharibəsində xalqımızın verdiyi itkiləri bəlli etmək, bu itkiləri tarixləşdirmək, müharibənin vurduğu yaraları fakt kimi əbədiyyətə ünvanlamaq, bir xatirə olaraq yaddaşlara hopdurmaq, silinməz tarixə çevirmək üçün şübhəsiz vacib addımlar atılmalı idi və ölkəmizdə bu proses 1 may 1997-ci ildən ümummilli lider Heydər Əliyevin şəxsi göstərişi ilə birbaşa Respublika Xatirə Kitabı Redaksiyasına tapşrıldı. Gərgin iş prosesi və araşdırmalarımız nəticəsində aşkar etdik ki, xalqımızın qəhrəman oğul və qızlarının adları təkcə SSRİ-nin şəhər və rayonlarının tarixində əksini tapmır, Terek, Don, Volqaboyu ərazilər, Dnepr sahilləri, uzaq diyarlar - Polşa, Macarıstan, Fransa, İtaliya və Yuqoslaviyada da onların qəhrəmanlıqları bir salnamə kimi səciyyələnir. Bu ölkələrin Qardaşlıq qəbiristanlıqlarında faşizmlə mübarizədə həlak olmuş digər xalqların nümayəndələri ilə yanaşı, minlərlə Azərbaycan övladları uyuyur. Bugünün özündə redaksiyamızın əsas işlərindən biri bu insanların döyüş yollarını, qəhrəmanlıqlarını, həlak olduqları, itkin düşdükləri yeri və s. araşdırmaq, doğru-dürüst məlumat əldə etmək və onların xatirələrini əbədiləşdirməkdir. Düşünürəm ki, biz öz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməklə dövlətçilik işinə təkan verir, böyük bir tarixi epoxanın əzabını açıq-aydın gələcək nəsillərə göstəririk. 

Əslində, hər bir ölkənin Xatirə kitabında insan taleyi faktlarda gizlənən gerçəklər kimi əks edir. Bu mənada, bizim Xatirə Kitabımız da nəşr olunduğu gündən minlərlə soydaşımız barədə ictimaiyyətə bəlli olmayan həqiqətləri üzə çıxarıb, öz milli vətənpərvərlik iradəsini nümayiş etdirib.

Bəli, xalqların dostluğu, birlik əzmi bütün çətin proseslərdə böyük rol oynayır. Müasir Azərbaycan bu baxımdan, öz multikultural və tolerantlıq ənənəsi ilə dünyaya bir nümunədir.  

Məhz bu səbəbdən 9 May - Qələbə Günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır və bu möhtəşəm günün tarixə qızıl hərflərlə yazılması ölkəmiz üçün olduqca zəruridir. Buna görə də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Çünki bu qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Əlbəttə, müharibə heç bir xalqa fayda verməyib. Bu gün də bir sıra ölkələrdə müharibə dalğaları geniş yayılmaqdadır. Lakin dünya, eləcə də Azərbaycan öz humanist ideyaları ilə müharibəyə qarşıdır və hər zaman bu kontekstdən çıxış edəcək. 


Nəzakət Məmmədova,

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16448
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12105
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9769
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3829
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3350
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3008
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2833
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2433
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2027
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2008
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1446
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1043
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
942
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
940
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
924
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Mayın ilk gününün havası açıqlanıb
801
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
790
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721