AZ

“4 ildir ki, nə özün varsan, nə səsin...” - Milli Qəhrəmanın oğlundan təsirli sözlər

“Canım Atam! Bu gün sənin 51 yaşın tamam oldu. Ancaq heyf, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən, 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın?”

Bakupost.az xəbər verir ki, bunu şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial şəbəkə hesabında yazıb.

O, atasının doğum gününü bu sözlərlə təbrik edib:

“Heyf bilməyəcəyik, çox heyif. Axı, biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra tək buraxıb gələ bilirik evə? Axı, çox vaxt görüşəndə sən də bizlə gələrdin evə. Artıq 4 ildir ki, nə özün varsan, nə səsin. Ad günün mübarək, qəhrəman atam. Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək, bizlər yox olub gedəcəyik. Ancaq sənin kimi adını şanlı tarixə yazdırmış qəhrəman Vətən övladları heç vaxt unudulmayacaq və yaddan çıxmayacaq”.

Qeyd edək ki, İlqar Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordeni ilə təltif edilib. 2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun artilleriya rəisi təyin olunub. 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. İlqar Mirzəyev ailəli idi. Bir oğul və bir qız övladı qalıb.



Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11857
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8572
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8080
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2301
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2026
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1750
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1457
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1114
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
874
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
708
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
504
Arda Gülər dayanmır, yenə fərqləndi -
457
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
422
Arda dubl etdi - VİDEO
367
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
363
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
352