AZ

Analitik: Azərbaycanla Bolqarıstan arasında yüksək münasibətlər mövcuddur

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi COP29-da iştirak etməyə dəvət edib.
Bu barədə Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.
“Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram”, - dövlət başçısı bildirib.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Turan Rzayev qeyd edib ki, Azərbaycanla Bolqarıstan arasında yüksək münasibətlər mövcuddur:

“Xüsusilə də iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıqlar var. İqtisadi yöndə əlaqələrimiz enerji sahəsində daha çox büruzə verir. Azərbaycan Qara dənizin altıyla Avropaya nəql edəcəyi yaşıl enerjinin bir qolunu Bolqarıstan üzərindən aparmağı düşünür. Bolqarıstan da mavi qaz təlabatın böyük qismini Azərbaycandan ödəyir. Azərbaycanın Avropa bazarına çıxardığı qazın bir hissəsinin Bolqarıstan üzərindən Rumuniya, Macarıstan və Serbiyaya keçməsini hədəfləyir. Eyni zamanda, siyasi sahədə Bolqarıstanla mühüm əlaqələr var. Bolqarıstan Azərbaycanla bir çox təşkilatda birlikdədir və bizim maraqlarımızı hər zaman müdafiə edib. Qarabağ münaqişəsinin həlli məsələsində də Azərbaycana dəstəyini dilə gətirib. Cənab Prezident İlham Əliyev isə münasibətlərin bu qədər yaxşı olması kontekstində Bolqarıstan Prezidenti Rumen Radevi COP29-da iştirak etmək üçün Bakıya dəvət etdi. Fransa və digər ölkələrin Ermənistana silah yardımının keçdiyi traektoriyalardan biri də Bolqarıstandır. Amma Bolqarıstan Azərbaycana təhlükə yaradacaq silahların Ermənistana keçməsinə icazə vermir. Bolqarıstanın iqtisadiyatı Avropa miqyasında güclü olmasa da, Qarabağın dirçəlişi üçün investisiya ayıracaq ölkələrdəndir. Təbii olaraq Azərbaycan da Bolqarıstana investisiya yatıra bilər.  Qarabağın dirçəlişi və iki dövlət arasında mövcud enerji layihələrinin inkişafı üçün ölkələrimizin münasibətlərinin bundan sonra da davam etməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14327
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11316
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9215
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3072
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2619
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2293
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2162
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1641
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
811
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
771
Azərbaycan nefti ucuzlaşdı
764
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
692
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
688
Arda Gülər dayanmır, yenə fərqləndi -
604