AZ

Uşaqlarda hormonal problemlərə getdikcə daha çox rast gəlinir

“Uşaqlarda hormonal problemlər klinik müayinə, diaqnozun qoyulması və uzunmüddətli müalicə zamanı xüsusi diqqət tələb edir. Dünyanın və Azərbaycanın pediatrik populyasiyasında geniş yayılmış hormonal problemləri böyümə hormonu əskikliyi, anadangəlmə böyrəküstü vəz hiperplaziyası, tiroid vəzi problemləri, şəkərli diabet və cinsi inkişaf pozulmaları təşkil edir”.

Bunu II Uşaq xəstəlikləri kafedrasının assistenti, uşaq endokrinoloqu İlsur Novruzov uşaqlarda hormonal problemlərdən danışarkən edərkən söyləyib.

O bildirib ki, uşaqlarda endokrin pozulmalar hormonal balans, böyümə, metabolizm və cinsi inkişaf ilə birlikdə geniş bir spektrumdan ibarətdir. Bu pozulmalar uşaqlıq və yeniyetməlik dövrünün müxtəlif mərhələlərində ortaya çıxa və diaqnoz ilə müalicə baxımından həkimlərə müəyyən çətinliklər yarada bilər: “Böyümə hormonu əskikliyi uşaqlarda ən geniş yayılmış endokrin pozulmalardan biridir. Hipofiz vəzidən yetərsiz miqdarda boy hormonu ifrazı ilə xarakterizə olunur. Boy hormonu əskikliyinin etiologiyası idiopatik, anadangəlmə və ya qazanılma səbəblərə bağlı ikincili ola bilər. Klinik əlamətlər arasında qısa boy, sümük inkişafının ləngiməsi və pozulmuş böyümə sürətinə rast gəlinir. Diaqnoz xarakteristik hormonal analizlərə və böyümə hormonu stimulyasiya testlərinə dayanır. Müalicə ümumilikdə rekombinant böyümə hormonu ilə aparılır. Bununla birlikdə nəticələrin dəyərləndirilməsi, optimizə edilməsi, əlaqəli əskikliklərin düzəldilməsi və metabolik, sümük inkişafının pozulmaları kimi potensial ağırlaşmaların izlənməsini tələb edir”.

Mütəxəssisin sözlərinə görə, anadangəlmə böyrəküstü vəz hiperplaziyası kortizol biosintezində yer alan fermentlərdəki mutasiyalar səbəbi ilə meydana gələn autosom-resessiv pozulmaların bir qrupunu təşkil edir. Ən geniş yayılmış forma, 21-hidroksilaza əskikliyi kortizol sintezindəki pozulmaya və artıq miqdarda adrenal androgen sintezinə səbəb olur. Klinik əlamətlər ferment əskikliyinin formasına bağlı olaraq dəyişir və duz itkisi krizləri, qadın cinsiyyətdə xarakter olmayan genital üzvlər və hər iki cinsdə virilizasiya kimi əlamətlərlə xarakterizə olunur. Diaqnoz xarakteristik hormonal testlər və genetik analizlərlə aparılır. Adrenal krizlərin qarşısını almaq, böyümə və inkişafı optimizə etmək üçün erkən qlükokortikoid əvəzedici terapiyasının başladılması əsasdır.

Sözünə davam edən həkim vurğulayıb ki, tiroid vəz pozulmaları hipotireoidizm, hipertireoidizm, autoimmun tireoidit kimi bir neçə patologiyanı əhatə edir: “Bu pozulmalar uşaqlarda böyümə, metabolizm və neyroinkişafa önəmli dərəcədə təsir edir. Anadangəlmə hipotireoidizmin yaratdığı qalıcı nevroloji pozulmaların qarşısını almaq üçün tez bir zamanda diaqnoz və tiroid hormonun əvəzedici terapiyasının başladılması gərəkdir. Eləcə də, hipertireoidizm taxikardiya, çəki itkisi və davranış pozulmaları kimi əlamətlərlə ortaya çıxa bilər və tiroid hormonunun pozulmaları, kardiyak aritmiyalar kimi ağırlaşmaların qarşısını almaq üçün diqqətli bir dəyərləndirmə və nəzarətə ehtiyac var.

Bundan başqa, şəkərli diabet pozulmuş insulin sintezi və ya mübadiləsi səbəbi ilə hiperqlikemiya ilə xarakterizə olunan xroniki metabolik pozulmadır. I tip şəkərli diabet uşaqlarda daha üstün olmasına baxmayaraq, II tip şəkərli diabetin xüsusilə piylənməsi olan yeniyetmə uşaqlarda artan intensivliyi görülməkdədir. Pediatrik diabetin təqibi, insulin terapiyası, qidalanma dəyişiklikləri və qanda qlükoza səviyyələrinin davamlı izlənilməsi də daxil olmaqla ümumi bir yanaşma tələb edir. Həmçinin qlükohemoqlobinin kontrolunun optimizə edilməsi və uzun müddətdə ağırlaşmalarının qarşısının alınması önəmlidir. Cinsi inkişaf pozulmaları, xromosomal, qonadal və ya fenotipik cinsiyyətin atipik inkişafı ilə xarakterizə bir qrup vəziyyətdən ibarətdir”.

İ.Novruzov əlavə edib ki, bu pozulmalar diaqnozun qoyulmasında və psixososial dəstəkdə bəzi çətinliklər yaradır: “Xəstəliklərin dəyərləndirilməsi - ümumilikdə altda yatan səbəbi müəyyən etmək və müalicəni təyin etmək üçün hormonal testlər, instrumental müayinələr, genetik analizlərin kombinasiyasını özündə birləşdirir. Təqib strategiyaları, hormon əvəzedici terapiyası, cərrahi müdaxilələr və psixoloji dəstək üçün konsultasiyalara ehtiyac ola bilir.

Nəticə etibarilə uşaqlarda bu kimi hormonal pozulmaların sayı dünyada və bizdə hər il artmaqda davam edir. Buna görə də bu pozulmaların və ağırlaşmaların qarşısını almaq üçün uşaqların hər il pediatr, endokrinoloq tərəfindən davamlı kontrol müayinədən keçirilməsi lazımdır. Xəstəliyin vaxtında aşkarlanması, erkən diaqnozun qoyulması və vaxtında müalicəyə başlanması müsbət nəticələr alınması baxımından vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12989
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10115
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8877
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1781
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1414
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1370
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
918
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
548
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446