AZ

Azərbaycanın bir addımlığında atom silahı ilə təlimlər başlayır...

Image

Elxan Şıxəliyev: “Görünən odur ki, Rusiya əvvəl də qırmızı xətləri keçmədi və nüvə silahından istifadə etmədi”

Son məlumatlara görə, Qərb dövlətlərinə və ABŞ-a gözdağı vermək istəyən Rusiya lideri Putin Rusiya Müdafiə Nazirliyinə taktiki nüvə silahı ilə təlim keçirməyi tapşırıb. 

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimin məqsədi “bəzi Qərb dövlət rəsmilərinin Rusiya Federasiyasına qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq” Rusiyanın ərazi bütövlüyü və suverenliyini təmin etməkdir.

Açıqlamada Cənub Hərbi Bölgəsinin raket, hava və dəniz birləşmələrinin təlimə qatılacağı bildirilib. Ancaq təlimin nə vaxt keçiriləcəyi açıqlanmayıb. O da qeyd edilir ki, təlimlər Ukrayna yaxınlığında keçiriləcək. Bu arada, Rusiyanın keçmiş lideri, hazırda Milli Təhlükəsizlik Şurasının sədr müavini, Putinin sağ əli olan Dmitri Medvedev növbəti dəfə Qərbi təhdid edib.

Qərb ölkələrinin Rusiyanın nüvə addımlarına diqqət yetirməli olduğunu deyən Medvedev Ukraynadakı müharibənin çox ciddi nəticələri ola biləcəyini bəyan edib.

Coğrafi cəhətdən Azərbaycana çox yaxın ərazilərdə keçirilməsi nəzərdə tutulan nüvə təlimlərinin ölkəmizə nə kimi mənfi təsirləri ola bilər?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bugünlərdə Rusiyanın taktiki nüvə başlıqlı raketlərlə təlimlərinin keçirilməsi ilə bağlı elan verməsi Ukraynaya NATO qüvvələrinin şəxsi heyətinin dəstəyindın sonra ortaya çıxdı: “Bu da  Ukraynanı dəstəkləyən güclərlə Rusiya arasındakı qarşıdurmada yeni bir mərhələyə keçildiyini göstərir. NATO əvvəl Ukraynanı dəstəkləyəndə, silahları və hərbi texnikanı Ukraynaya verəndə məhdudiyyət qoyulurdu. Yəni Ukrayna bunu yalnız 91 - ci ilin sərhədlərinə çıxmaq şərtilə verirdi ki, onlar bunu öz ərazilərində Rusiyaya qarşı tədbiq edə bilər. Bu aradan qaldırıldı. Bu səbəbdən Rusiya çox aqressivləşib. İkinci məsələ odur ki, artıq həm ABŞ, həm Böyük Britaniya və Fransa Ukraynaya verilən silahların harda istifadəsinə dair məhdudiyyət qoymayacaqlarını səsləndirdilər. Xüsusən də yeni “ATAKAM” raket sistemlərini verəndə bəlli idi ki, 300 km - ə qədər yaxın, 360 km - ə qədər uzaq məsafədə zərbə endirə biləcəkləri bir raket sistəmləri olduğuna görə, onları Ukrayna Rusiyanın dərinlikdəki strateji obyektlərinin vurulmasına yönəldə bilər. Bu da Rusiyanı bir az aqressivləşdirdi. Rusiyanın əsas aqressivləşdiyi məqamlardan biri də Fransanın şəxsi heyətinin silahlı qüvvələrinin xarici legionunun  Ukrayna tərəfindən birbaşa əməliyyatlar səhnəsinə cəlb ediləcəyinə dair verdiyi mesajlardır. Mənbələr də deyir ki, artıq bu qüvvələrin bir hissəsi Ukraynadadır. NATO mərhələ ilə Rusiyanı test edirdi. İki ilin son il yarımında Rusiya artıq taktiki nüvə silahının istifadəsi ritorikasını səsləndirir. Mən düşünürəm ki, Ukraynanın şəxsi heyətlərinin, səfərbərlik ehtiyatlarının da çox böyük çatışmazlıqları var. Rusiya düşünürdü ki, NATO şəxsi heyəti Ukraynaya cəlb olunsa, bu, NATO ilə Rusiya müharibəsi sayılacaq. Bu da NATO - ya daxil olan 32 ölkənin hərbi gücünə qarşı Rusiyanın tək müqavimət göstərməsi hesab olunur. Bu təhlükədən özlərini sığortalamaq üçün taktiki nüvə silahının istifadəsinə dair mesajlar verdilər. İstəyirlər ki, şəxsi heyət ora gəlməsin. Ukraynada da çox böyük şəxsi heyət çatışmazlığı var. Ən azından müharibə başlayandan 600 minə yaxın şəxsi heyət müharibədə iştirak edə biləcək potensiala malik olmadıqlarına görə Ukraynanı tərk edib. Rusiya da düşünürdü ki, bunun üzərindən Ukraynanı təslim edə bilərdi. İndi isə yeni şəxsi heyət Avropadan, NATO ölkələrindən gəlsə, Ukrayna bu boşluğu doldura bilər. Eyni zamanda da “ATAKAM, F16 -lar da gəlsə və ABŞ - ın 61 milyard dəstəyi də olsa Ukrayna güclənəcək və Rusiyanın hücumlarını neytrallaşdıra biləcək. Bu səbəbdən də Rusiya bir az tələsir. Ona görə də, Cənub Hərbi Dairəsindəki taktiki nüvə və raketlərin istifadəsinə dair təlimlərin keçirilməsinə göstəriş verib. Düşünmürəm ki, Rusiya qarşı tərəfdə şəxsi heyət cəlb olunursa, qarşılığında nüvə silahından istifadə etmək qərarını verəcək. Çünki nüvə silahına malik olan ölkələrin sazişi ondan ibarətdir ki, əgər nüvə silahı olan hər hansı ölkə Rusiya ərazisinə hücum edərsə, bu ondan istifadə etmək imkanı yaradır. Ukraynanı NATO dəstəklədiyinə görə, onun qarşısında nüvə silahı istifadə edərsə, beynəlxalq hüquqda ona cavab verməsi çox çətin olacaq. Bu məsələ tək Rusiyanın prezidentinin hakimiyyətdə olacağı dövr üçün deyil. Ondan sonra Rusiya xalqı buna cavab verməlidir. Bu səbəbdən də düşünmürəm ki, taktiki nüvə silahının istifadəsinə dair Rusiya qərar verəcək. Çünki qarşılıq o deyil. Əgər şəxsi heyətlə dəstəklənirsə, bu nüvə silahının istifadəsinə əsas vermir. İndi informasiya cəbhəsində Rusiya ilə Qərb dövlətləri arasında sözlü informasiya müharibəsi gedir. Rusiyanı test edirlər. Hara kimi Rusiya bunu qaldıra biləcək. Görünən odur ki, Rusiya əvvəl də qırmızı xətləri keçmədi və nüvə silahından istifadə etmədi. Bu dəfə də düşünürəm ki, güc göstərisindən başqa heç nə olmayacaq. Bütün bunların ölkəmizə təsiri yoxdur. Nüvə silahından istifadə olunarsa, bunun tək bizə deyil, bütün bəşəriyyətə ziyanı olacaq. Bu ehtimala inanmıram”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12989
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10115
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8877
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1781
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1414
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1370
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
918
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
548
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446