AZ

Zeytun yağı həyat cövhəridir

Bu yağ idrak qabiliyyətini artırır, ölüm riskini azaldır

Təxminən 92 min insanı əhatə edən 28 illik araşdırmaya görə, sağlamlıq faydaları ilə tanınan zeytun yağı idrak qabiliyyətinin artırmaq xüsusiyyətinə də malikdir.

"Daha çox zeytun yağı qəbulu, pəhriz keyfiyyətindən asılı olmayaraq, demensiya ilə bağlı ölüm riskinin aşağı olması ilə əlaqələndirilib”,- deyə "Harvard T.H. Chan” məktəbinin “Public Health” komandası açıqlayıb. Nəticələr Amerika Tibb Assosiasiyasının (AMA) jurnalında dərc edilib.

Tədqiqatçıların fikrincə, zeytun yağından nadir hallarda istifadə edənlər və ya heç vaxt istifadə etməyənlər Alzheimer xəstəliyi kimi xəstəliklərə daha çox meyillidirlər.

"Marqarin və mayonez qəbulunu zeytun yağı ilə əvəz etmək demensiya və ölüm riskinin aşağı salır, demensiyadan uzaq uzunömürlülüyü yaxşılaşdırmaq üçün potensial strategiya ola bilər", -komanda bildirib.

Bu yağın tərkibində antioksidanlarda daha yüksəkdir və yüngül işlənmiş, sıxılmış zeytun yağı emal və qarışdırma nəticəsində qida maddələri və dadı dəyişən digər tərəvəz və ya toxum analoqlarına nisbətən təbiətə daha yaxındır.

Komanda nümayəndələri bitki yağları, kərə yağı və digər süd məhsullarını idrak qabiliyyətinin azalması ilə əlaqələndirəcək heç bir şey tapmadıqlarını da qeyd ediblər.

Onlar zeytun yağının müntəzəm istehlakçılarının bitki və ya toxum yağlarından istifadə etməyə daha çox meyilli olanlara nisbətən şəkər xəstəliyinə tutulma ehtimalının daha az olduğunu və zeytun yağı ilə yemək bişirməyin daha sağlam bir pəhrizin göstəricisi ola biləcəyini vurğulayıblar.

Xatırladaq ki, zeytun yağının qiymətləri son illərdə bütün ölkələrdə yüksəlib və 2021-ci ilin ortalarından bəri ərzaq, yanacaq, istilik və nəqliyyat inflyasiyası ilə üzləşən bir çox aşağı gəlirli alıcılar üçün potensial olaraq əlçatmaz olub.

Avropa İttifaqının statistika agentliyinin məlumatına görə, bu ildən blokda zeytun yağının qiyməti 2023-cü ilə nisbətən 50% baha olub.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16451
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12105
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9769
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3350
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3008
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2833
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2433
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2027
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2008
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1446
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1043
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
942
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
940
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
924
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Mayın ilk gününün havası açıqlanıb
801
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
790
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721