- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Tesla" mayın 10-da Almaniyadakı fabrikini 4 gün müddətinə bağlayacağını açıqlayıb.
Publika.az xəbər verir ki,İlon Maska məxsus elektrik avtomobil istehsalçısı "Tesla" Almaniyadakı fabrikin 4 gün müddətinə bağlanacağına dair bir qəzetdə dərc olunan xəbərin ardından bir açıqlama yayımlayıb.
Berlin yaxınlığındakı "Gruenheide" obyektində istehsalın yalnız mayın 10-da dayandırılacağını açıqlayan "Tesla"nın fabrik müdiri Andre Thierig açıqlama verib. O bunun bir günlük planlaşdırılan istehsal fasiləsi olacağını deyib:
“Almaniyada cümə axşamı (bu gün) rəsmi bayramdır. Bu səbəbdən ümumilikdə 4 gün istehsal mümkün olmayacaq".
Qeyd edək ki, günün əvvəlində Almaniyada nəşr olunan “Handelsblatt” qəzeti "Tesla"nın genişlənmə planlarına etirazlar səbəbi ilə bu ölkədəki fabrikində istehsalı 4 gün müddətinə dayandıracağını yazmışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.