AZ

"Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib" - Ararat Mirzoya

Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib.

“Report” “Sputnik-Kazakstan”a istinadən xəbər verir ki, bu barədə Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Biz danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar: “Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”.

Seçilən
307
14
azpolitika.info

10Mənbələr