Azərbaycanda gənc yazar VƏFAT ETDİ - FOTO
Gənc yazıçı, aparıcı Murad Muradov müalicə aldığı Quba Müalicə Diaqnostika Mərkəzində vəfat edib. Manset.az xəbər verir ki, bu barədə "Report"-a onun yaxınları məlumat veriblər. M.Muradov bu gün saat 14:00-da yaşadığı Quba rayonunun Zərdabi qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.

