AZ

Voleybolçularımız bu dəfə Ukraynaya uduzdular...

Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Ukrayna seçməsini qəbul edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi mayın 17-dəki ilk görüşündə eyni məkanda Rumıniya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq yığması olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
4
sia.az

6Mənbələr