AZ

Rəisinin düşdüyü qəza: 3 helikopterdən digər ikisi…

Xəbər verdiyimiz kimi, bu gün İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopter Şərqi Azərbaycan vilayətində qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, TASS nümayəndə heyətinin 3 helikopterlə hərəkət etdiyini bildirib. Rəisini daşıyan helikopterdən əlavə digər iki helikopter təhlükəsiz şəkildə mənzil başına çatıb.

Bildirilir ki, digər helikopterlərdə İranın energetika naziri Əli Əkbər Mehrabian və yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş uçub.

Qeyd edək ki, helikopter Şərqi Azərbaycanın Uzi və Pir kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapa bilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
milli.az

4Mənbələr