• Şikayət et

“Azəriqaz” ən fəal dövlət müəssisəsi kimi təltif edildi (FOTO)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif edilib.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verilən məlumata görə, noyabrın 8-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində "MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin II rüb yekunlarına dair dəyirmi masa keçirilib.

Dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihənin icrası ilə bağlı problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə olunub. Layihə çərçivəsində vətəndaşların qaldırdığı problemlərin həllində "Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.

Mənbə:
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar