Mozilla şirkəti keçən ilin noyabr ayında təşkilatlar, müəssisələr və universitetlər üçün nəzərdə tutulmuş Firefox ESR brauzerinin Windows 7 ilə Windows 8.1-də dəstəyinin dayandırılmasını nəzərdən keçirdirdi. Bu, Microsoft-un sözügedən əməliyyat sistemlərinin dəstəklərini dayandırması səbəbilə baş verə bilərdi. Lakin şirkət öz fikrindən müəyyən müddətlik daşınıb. Mozilla-nın verdiyi rəsmi məlumata əsasən Firefox ESR minimum bu ilin üçüncü rübünə kimi Windows 7 ilə Windows 8.1-də çalışmağa davam edəcək. Mozilla məhz bu ilin üçüncü rübündə öz brauzerinin yeni versiyasını istifadəyə verməyi planlaşdırır. Lakin bununla belə şirkət Firefox ESR brauzerinin köhnə Windows-larda dəstəyinin nə zaman dayandırılacağı barəsində bir məlumat təqdim etməyib.

Çindən olan mənbələrin verdikləri məlumata əsasən Vivo şirkəti özünün iQOO adlı subbrendini əsas biznesi ilə birləşdirmək qərarına gəlib. Texniki olaraq iQOO smartfon bazarından getməyəcək. Lakin brend Vivo-nun məhsulları portfoliosuna daxil olaraq öz müstəqilliyini itirəcək. Məlumata əsasən brendlərin birləşməsi öz növbəsində onların marketinqlərinin və komandalarının birləşməsinə gətirib çıxaracaq. Bu halda iQOO brendi öz mağazalarından məhrum olacaq.

Daha öncə bu hər iki brend vahid istehsalat zəncirlərinə sahib idilər və onlar hətta birgə tədqiqat layihələri də aparırdılar. Lakin onların inkişaf strategiyaları ilə smartfon bazarındakı mövqe gözləntiləri bir-birilərindən fərqlənirdi. İndi isə məlumata əsasən bazardakı vəziyyət və iQOO smartfonlarına tələbatın aşağı düşməsi səbəbilə Vivo rəhbərliyi ayrıca brendi idarə etməyin iqtisadi nöqteyi nəzərdən heç sərfəli olmadığı qərarına gəlib.

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, NVIDIA-nın GeForce RTX 4070 videokartının satış qiyməti yüksək olacaq. Lakin ortaya çıxmış yeni məlumata əsasən sözügedən videokartın satış qiyməti düşünüldüyü kimi o qədər də yüksək olmayacaq. Məlumata əsasən bir neçə müddət bundan öncə baş tutmuş press-brifinqdə NVIDIA şirkəti bildirib ki, GeForce RTX 4070 videokartı 600$-a satılacaq. Bu qiymət GeForce RTX 3070 Ti videokartının satışa çıxdığı zaman sahib olduğu qiymət ilə eynidir. Bundan əlavə olaraq sözügedən satış qiyməti o deməkdir ki, RTX 4070 modeli RTX 4070 Ti-dan 200$ daha ucuz qiymətə satılacaq.

Verilmiş yeni məlumata əsasən Elon Musk-ın Twitter hesabı sosial şəbəkənin ən çox abunəçi sayına sahib hesabı olub. O bu mövzuda hətta Barack Obama-nın hesabını da geridə qoyub. Məlumata əsasən Musk-ın Twitter hesabı 133 068 709 abunəçiyə, Barack Obama-nın hesabı isə 133 042 819 abunəçiyə sahibdir. Twitter-in botlardan təmizlənməsindən sonra bu sosial şəbəkədə 240 milyon aktiv istifadəçi mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Musk ilə Obama-nın hesablarına Twitter-in aktiv istifadəçi kütləsinin yarısı abunə olub. Qeyd etmək lazımdır ki, Twitter-də ən çox abunəçi sayına sahib şəxslər arasında üçüncü yeri Justin Biber (113 milyon abunəçi), dördüncü yeri isə Katy Perry (108 milyon abunəçi) tutur.

IDC (International Data Corporation) şirkətinin analitiklərinin proqnozlarına əsasən qatlana bilən smartfonlar bazarı yüksək templərlə genişlənməyə davam edəcək. Onların sözlərinə əsasən 2027-ci ildəki nəticələrə əsasən bu cür smartfonların satışları ümumilikdə 48.1 milyon təşkil edəcək. Bu halda qatlana bilən smartfonlar bazarın 3.5%-ni əhatə edəcəklər. Qeyd etmək lazımdır ki, keçən il bu göstərici 1.2% təşkil etmişdi.

Belə ki, keçən il satılmış qatlana bilən smartfonların ümumi sayı 14.2 milyon təşkil edib. Analitiklərin bu cür yüksək proqnozları ona əsaslanır ki, qatlana bilən smartfonlar bazarına yeni şirkətlər daxil olub. Nəticədə istehlakçılara təklif edilən qatlana bilən smartfonların növləri daha da artıb və onların bəzilərinin qiymətləri aşağı düşüb. Hal hazırda bazarda büdcəli qatlana bilən smartfon mövcud deyil. Buna görə də bu cür smartfonların yaxın gələcəkdə satışa çıxması öz növbəsində qatlana bilən smartfonların satışlarını yüksəldəcək.

Məşhur analitik Ming-Chi Kuo iPhone 15 Pro Max barəsində yeni məlumat verib. Analitikin sözlərinə əsasən Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 15 modelləri arasında yalnız iPhone 15 Pro Max modeli periskop kamera obyektivini əldə edəcək. Analitik əlavə edib ki, iPhone 16 smartfon seriyasında isə periskop kamera obyektivini artıq iPhone 16 Pro Max ilə yanaşı həmçinin iPhone 16 Pro da əldə edəcək. Analitik bildirib ki, iPhone 15 Pro Max üçün periskop kamera obyektivinin istehsalı ilə yalnız Largan şirkəti məşğul olacaq. Gələcəkdə isə Apple iPhone-lar üçün periskop kamera obyektivinin istehsalı məsələsində müxtəlif şirkətlərlə çalışacaq.

Oryon nüvələrinə sahib Snapdragon 8cx Gen 4 prosessoru Geekbench testlərindən keçib. Qeyd etmək lazımdır ki, Qualcomm-un hazırladığı bu yeni prosessor noutbuklar üçün nəzərdə tutulub. Prosessorun Geekbench testləri çərçivəsində sərgilədiyi nəticələr heç də diqqət çəkmirlər. Lakin prosessorun final versiyasında vəziyyət fərqli ola bilər. Beləliklə Geekbench testlərinə əsasən Snapdragon 8cx Gen 4 prosessoru minimal 2.38 GHz tezlikdə çalışan 12 nüvə ilə təchiz olunub. Prosessorun test versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 613 xal, çox nüvəli testi çərçivəsində isə 5241 xal toplayıb. Snapdragon 8cx Gen 4-ün nə zaman təqdim ediləcəyi barəsində heç bir məlumat yoxdur.

İsveçin qulaqlıqlar və Bluetooth səsgücləndiricilər istehsalı ilə məşğul olan Zound Industries şirkəti Böyük Britaniyanın məşhur Marshall Amplification şirkətini alıb. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Zound Industries şirkəti yalnız lisenziya əsasında Marshall brendi altında məhsullar satışa çıxardırdı. Tərəflər arasında bağlanmış müqavilənin maliyyə şərtləri barəsində məlumat yoxdur. Lakin məlum olan odur ki, müqavilənin bağlanma prosesi yekunlaşandan sonra Marshall Group şirkəti yaradılacaq və onun ən böyük səhmdarları Marshall ailəsinin üzvləri olacaqlar. Qeyd etmək lazımdır ki, Jim Marshall hələ 1962-ci ildə səs sistemlərini hazırlamağa başlamış və nəticədə Marshall şirkətini təsis etmişdi.

4 il bundan öncə Apple şirkəti AirPower adlı cihazını təqdim etmişdi. Bu, naqilsiz şarj stansiyası idi və şirkətin planına əsasən o, eyni anda bir neçə cihazı şarj etməli idi. Lakin nəticədə AirPower satışa çıxmadı və şirkət onu ləğv etməli oldu. İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti naqilsiz şarj stansiyası ideyasından imtina etməyib. Lakin AirPower analoqunun nə zaman satışa çıxacağını söyləmək qəliz məsələdir. Bloomberg saytının analitiki Mark Gurman hələ keçən ilin oktyabr ayında məlumat vermişdi ki, Apple şirkətinin AirPower-a bənzər cihazı nə vaxtsa satışa çıxacaq. AirPower-a gəldikdə isə onun ləğv edilməsinə gətirib çıxartmış konkret səbəblər heç zaman açıqlanmayıb. İnsayderlər bildirirdilər ki, AirPower-ın ləğv edilməsinə gətirib çıxartmış əsas səbəblərdən biri bir neçə cihazın şarj prosesi zamanı şarj stansiyasının həddən çox qızması idi.

Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2023 konfransının keçirilmə tarixini rəsmi şəkildə açıqlayıb. Beləliklə verilmiş rəsmi məlumata əsasən bu ilki WWDC konfransı 5 iyundan 9 iyuna kimi keçiriləcək. Konfransın ilk günü offline şəkildə, qalan günləri isə online şəkildə baş tutacaq. Baş tutacaq WWDC 2023 konfransı çərçivəsində şirkət iOS 17, iPadOS17, yeni macOS əməliyyat sistemlərini təqdim etməlidir. Son məlumatlara əsasən şirkət ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını da məhz WWDC 2023-də anons edəcək. Şirkət əlavə olaraq konfrans çərçivəsində MR cihazını sərgiləyə də bilər. Əlavə olaraq yeni MacBook Pro ilə MacBook Air-in təqdimatını gözləmək olar.

Huawei şirkəti 2021-ci ildə Watch D adlı smart saatını təqdim etmişdi. Sözügedən smart saatın əsas fərqləndirici özəlliyi onda idi ki, o, istifadəçinin təzyiqini ölçə bilirdi. Verilmiş məlumata əsasən Huawei bu smart saatın yeni versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, yeni smart saat Watch D2 adını əldə edəcək. Xarici görünüşcə yeni smart saat Watch D-yə bənzəyəcək və çox güman ki, Watch D-nin istifadəçi səhhətinin bəzi göstəricilərini ölçmək üçün nəzərdə tutulmuş sensorları əldə edəcək. Burdan da belə qənaətə gəlmək olar ki, Watch D2 smart saatı, ürək döyüntülərini, qan təzyiqini, qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu ilə stress vəziyyətini monitorinq edə biləcək. Huawei Watch D2-nin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Lakin onun 450-500$ qiymətində satışa çıxacağı gözlənilir.

OPPO şirkəti keçən ilin dekabr ayında Find N2 adlı qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1792 piksel keyfiyyətli əsas ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 50 MP + 48 MP + 32 MP üçlü arxa kameraya sahib olacaq. Smartfon iki ədəd ön kameranı özündə birləşdirəcək. Onlardan biri əsas ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək. Ön kameralardan biri 20 MP-lik, digəri isə 32 MP-lik olacaq. OPPO Find N3-ün Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. OPPO-nun bu yeni qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı bilinmir.

iPhone 14 modellərinin ekranlarındakı Dynamic Island adlı çıxıntı hissə barəsində məlumatları ilk paylaşmış insayder iPhone 15 Pro modellərinin düymələri ilə bağlı yeni məlumatı təqdim edib. Beləliklə insayder bildirib ki, iPhone 15 Pro modellərində düymələrin idarəsindən əlavə köməkçi prosessor cavabdeh olacaq. Əlavə köməkçi prosessor sayəsində düymələr hətta smartfonun sönülü olduğu vaxtda da çalışa biləcəklər. Qeyd etmək lazımdır ki, Apple Bionic prosessorlarında aşağı enerji sərfiyyatı rejimi mövcuddur.

Bu rejim sayəsində bəzi funksiyalar hətta smartfonun sönülü olduğu vaxtda da çalışa bilirlər. Məsələn kontaktsız ödənişlər üçün olan NFC çipi bu rejim çərçivəsində çalışa bilir. İnsayder bildirib ki, iPhone 15 Pro modellərində olacaq yeni köməkçi prosessor yandırıb/söndürmə, səsin tənzimlənməsi və smartfonun səssiz rejimə keçirilməsi düymələrinin çalışmalarından cavabdeh olacaq. Bundan əlavə olaraq insayder bildirib ki, Apple iPhone 15 Pro modellərində səsin tənzimlənməsi məsələsində iki variantı nəzərdən keçirdir. Onlardan biri swype üsulu, digəri isə 3D Touch analoqudur.