Orta aylıq əməkhaqqı doqquz ayda nə qədər olub?
2024-cü ilin doqquz ayında Azərbaycanda orta aylıq əməkhaqqı 993 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2024-cü ilin doqquz ayında əhalinin gəlirləri nominal ifadədə 68,1 milyard təşkil edib.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Aytac
www.anews.az