Sumqayıt şəhərində yaşayış binasında partlayışın olduğu ərazi mühafizəyə götürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.