EN

Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi - VİDEO

Tovuz rayonunun Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbindəki zəhərlənmədə zərərçəkənlərin bəzilərinin vəziyyəti pisləşib.

 

Sfera.az xəbər verir ki, hadisə nəticəsində üç övladı zəhərlənən ata Cavid Hacıyev Baku TV-yə açıqlama verib.

 

Onun sözlərinə görə, digər iki övladının vəziyyətində pisləşmə olmayıb, lakin ortancıl qızına sistem köçürüldükdən sonra kəskin sancılar başlayıb:

 

"Sifəti ağardı, əlləri buza döndü. Dərhal təcili tibbi yardıma müraciət etdik, gəlib ağrıkəsici iynə vurdular, daha sonra xəstəxanaya gətirdik".

 

Chosen
45
11
sfera.az

10Sources