EN

Nadir İsrafilov: “Niyə, təhsilimiz “təlimçi”lərsiz keçinə bilmir…?”

Əlavə hazırlıqların və “təlimçilər ordusunun” yaranması, bazar iqtisadiyyatınınyaratdığı vəziyyətin təzahürüdür.”TehsilForumu.Az-a müsahibə verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsilimizin elə bir sahəsi qalmayıb ki, əlavə hazırlıqla bağlı peşə və ixtisas təlimçilərinəehtiyac duyulmasın:"Mənə kurikulum təlimçiləri ilə bağlı sual veriləndə istər-istəməz yadıma Mirzə ƏləkbərSabirin misraları düşdü: “Beş deyil, on beş deyil, hər yan, baxırsan, var madam, Evmadam, mənzil madam, balkon madam, talvar madam, Sirk madam, qəstin madam,pasaj madam, bulvar madam, Müxtəsər, əqlim çaşıb, ey dad bidad...” Indi, hara baxırsantəlimçiyə rast gəlirsən. Özü də təkcə kurikulum təlimçiləri olsa dərd yarı idi. Bir sözlə,təhsilimizin elə bir sahəsi qalmayıb ki, əlavə hazırlıqla bağlı peşə və ixtisas təlimçilərinəehtiyac duyulmasın: MİQ təlimçiləri, DİQ təlimçiləri. DİL təlimçiləri, sadalamaqla uzanıbgedən digər təlimçilər. Hələ, bir yandan təhsilimizi ağuşuna alan repetitorlar, markerlər,daha kimlər, daha nələr...Məni qınamayın, bir vaxtlar “təlimçi” anlayışı yalnız ayrı-ayrı vəhşi hehvanlarınəhilləşdirilməsi ilə məşğul olan sirk və zoopark işçilərinə aid edilərdi. Məsələn, ayıtəlimçiləri ayıya velosiped sürməyi, pələng təlimçiləri pələngə odlu halqanın içərisindəntullanmağı öyrədərdilər. Uşaqların tərbiyəsi ailədə və məktəbəqədər tərbiyəmüəssisələrində, təlim-tərbiyəsi isə orta ümumtəhsil məktəblərində həyata keçirilərdi.Sonralar biz məktəbəqədər tərbiyə müəssisələrini məktəbəqədər təhsil müəssisələrinəçevirməklə tərbiyə ilə yanaşı təhsili də uşaq bağçalarının üzərinə yüklədik, Hələ bu azmışkimi, əlavə olaraq məktəblərdə məktəbə hazırlıq qrupları açdıq. Sual olunur,məktəbəqədər tərbiyəni, məktəbəqədər təhsilə çevirmişdiksə, uşaqların yuxusuna haram qatıb, məktəbə hazırlığı 5 yaşdan başlamağa nə ehtiyac vardı? Və ya məktəbəqədərtəhsil müəssisələri var idisə, məktəbə hazırlıq qrupları kimə və nəyə lazım idi?Məktəbə mübarək qədəmlərini qoymaq üçün azyaşlı məktəbəqədər hazırlıq keçməlidir,məktəbi bitirən məzun ali məktəbə daxil olmaq üçün repetitor yanına getməlidir, aliməktəbi başa vuran bakalavrlar ixtisası üzrə İşə düzəlmək üçün əlavə imtahanverməlidirlər, ali təhsilin birinci piilləsini bitirənlər ikinci pillədə təhsillərini davametdirmək üçün maqistr hazırlığı keçməlidirlər, maqistrlar özlərinə müvafiq iş tapmaqüçün təcrübə qazanmaq adı ilə əlavə kurslara çəlb olunmalıdırlar və s. və i.a. Elə isə sualyaranır, bu halda bəs orta məktəblər nə edib ki, repetitorlara ehtiyac yaranıb, bəs aliməktəblərin professor-müəllim heyyəti nə ilə məşğul olublar ki, onların yetirmələrindənəlavə imtahan götürülür...? Bir halda ki, maqistraturanı bitirən də əlavə hazırlıqlara cəlbolunursa, onda əlavə deməyə də başqa söz qalmır.Əgər hər kəs, hər müəssisə, hər təşkilat, hər dövlət qurumu öz üzərinə düşən funksionalvəzifələri lazımınca yerinə yetirsəydi, işlərini “məndən keçdi qardaşıma dəydi, elə bildimun çuvalına dəydi” prinsipi ilə qurmasaydı, belə bir vəziyyət də yaranmaz, əlavəhazırlıqlara,gündən günə artmaqda olan təlimçilərə ehtiyac qalmazdı. Bəyənmədiyimizsovet dönəmində nə təlimçi olub, nə də əlavə hazırlıq kursları.Başqa cür ola dabilməzdi.Əgər məktəb varsa, məktəbin alternativi - əlavə kurs nə deməkdir, yox əgərmüəllim varsa, bu əlahiddə xidmət növü, qeyri-rəsmi fəaliyyət sahəsi – repetitorluq nəimiş. Əgər ali məktəblərin diplomuna etibar etmiriksə, professor-müəllim heyyətinin 4illik zəhmətinə qiymət vermiriksə, 1-2 aylıq kurslardakı hazırlığa, 1-2 saatlıq işə qəbullabağlı imtahanın nəticələrinə güvənmək hansı məntiqdən irəli gəlir?Elə götürək kurikulum təlimçiləri ilə bağlı vəziyyəti. Bir ara Nazirlər Kabinetinin 30oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili vəqiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənədAzərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiqetdik və konseptual xarakterli çərçivə sənədinə müvafiq olaraq, Nazirlər Kabinetinin 13yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsilsistemində Qiymətləndirmə Konsepsiyası” qüvvəyə mindi. Sonu nə oldu?Kurikuluma keçiddə tələskənliyə yol verməyimizi təkcə ekspertlər, müəllimlər valideynlər,media nümayəndələri deyil, Təhsil Nazirliyinin və DİM-in ən yüksək vəzifəli rəsmiləri dəzaman-zaman etiraf ediblər: “Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, ammamüəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlərastlaşırıq.” (M, Cabbarov) ; “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necətətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulumsistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necəedəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.” (M, Abbaszadə)”Biz kurikulumlara ali məktəblərdən başlamalıydıq, orta məktəblərdən yox. Orta məktəbmüəllimləri üçün bir neçə seans təşkil etdik, ali məktəblərdən isə kurrikulum səriştəsinəyiyələnən davamçılar gəlmədi və bu məsələdə ardıcılliq və varislik pozuldu, yeni gələndavamçıları maarifləndirmək üçün əlavə təlimçilərə zərurət yarandı. Halbu ki, bu halınqarşısı alına da bilərdi. Ali məktəblərdə qabaqcadan kurikulumun tələblərinə yiyələnəngələcək müəllimlər artıq, fəaliyyətə başlayarkən hər hansı bir çətinliklərlə üzləşməyə də bilərdilər.Bəli, bu gün təhsilimizin bir çox sahələrində illərllərdən bəri yaranan müəyyənboşluqlar var və əəsaslı islahatlara ehtiyac var.. İslahatlar aparaq, ancaq bu şərtlə ki,boşluqları doldurmaq əvəzinə, yeni boşluqlar yaratmayaq...TehsilForumu.Az

Chosen
124
1
tehsilforumu.az

2Sources