EN

Magistratura üçün sınaq imtahanının vaxtı açıqlandı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il yanvarın 19-da alitəhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlərüçün elektron formada sınaq imtahanı keçiriləcək..

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlarkorpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay,Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regionalbölmələrinin inzibati binalarında təşkil olunacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabrsaat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internetsaytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internetsaytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabinetiolmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsikabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödənişüsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internetsaytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”inistifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub“İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılansəhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə imtahanverəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsibasılır.

“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzinsaytına yerləşdiriləcək.

Məlumat üçün qeyd edək ki, sınaq imtahanında cari imtahanmodelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dilvə informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıqtipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipliyazı tapşırıqlarından istifadə olunacaq.

İmtahanda bu il olduğu kimi, bakalavrlara məntiqi təfəkkürünyoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdimolunacaq.

Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdimediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse)yazacaqlar.

Ümumi imtahan müddəti 3 saat 30 dəqiqədir. Test tapşırıqlarınıcavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqəvaxt verilir.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanının (Icəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur.

Chosen
16
30
az.trend.az

10Sources