EN

Xəstələnən Paşinyan Piterdəki tədbirə “qatılacaq”

Avrasiya Ali İqtisadi Şurasının iclasına Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn formada qatılacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

“Ermənistanın baş naziri Avrasiya İqtisadi Şurasının iclasına məsafədən sədrlik edəcək”, - o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan koronovirusa yoluxduğu üçün Sankt-Peterburqa gedə bilmədiyini açıqlamışdı. Bəzi analitiklər isə Paşinyanın Rusiyaya getməkdən imtina etməsi üçün bunu bəhanə adlandırmışdılar.

Chosen
125
6
axar.az

5Sources