EN

ABŞ-da işsizlik müavinəti müraciətləri gözləniləndən aşağıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı dekabrın 21-də başa həftədə bazar proqnozlarından aşağı olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi tərəfindən açıqlanan işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatlara görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 21 dekabrla yekunlaşan həftədə əvvəlki həftəyə nisbətən 1000 nəfər azalaraq 219 minə düşüb.

Bazar proqnozları bu dövrdə işsizlik müavinəti müraciətlərinin sayının 223 min olacağı istiqamətində idi.

Əvvəlki həftəyə aid işsizlik müavinəti müraciətlərinin sayı isə 220 min idi.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
98
5
banco.az

8Sources