EN

Prezident İlham Əliyevin müsahibəsi xarici medianın diqqət mərkəzində (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin dekabrın 25-də Aktau yaxınlığındaAZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlıAzərbaycan televiziyasına verdiyi müsahibə xarici mətbuatda genişişıqlandırılır.

Trend xəbər verir ki,Fransanın “La Gazette du Caucase” nəşri xüsusilə Azərbaycan dövlətbaşçısının baş vermiş qəzanın reallıqdan uzaq versiyalarını yaymaqcəhdləri ilə bağlı prinsipial mövqe göstərdiyini qeyd edib.

"Prezident Əliyev təyyarənin quşlarla toqquşması ehtimalını rəddedib, çünki füzelyajın dəlik-deşik olması bu versiyanı şübhə altınaalır. Azərbaycan lideri vurğulayıb ki, Rusiyanın rəsmi mənbələriqaz balonunun partlaması versiyasını irəli sürüblər və bu, Əliyevinfikrincə, faciənin əsl səbəblərini gizlətmək cəhdidir. AzərbaycanınRusiya qarşısında tələbləri sadə və ciddidir: üzr ​​istəmə, günahınetirafı, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminatödənilməsi", - nəşr qeyd edir.

İsveçrənin Aze.swiss portalı öz növbəsində, hadisədən dərhalsonra Azərbaycanın gördüyü tədbirlərə diqqət çəkir. Nəşr qeyd edirki, Prezident İlham Əliyev baş vermiş faciəyə operativ reaksiyaverib. Materialda faciənin baş vermə şəraitinin müəyyən edilməsiüçün görülən tədbirlər, o cümlədən bir qrup azərbaycanlı həkimlərinQazaxıstana göndərilməsi və cinayət işinin başlanması barədəətraflı məlumat verilir. Azərbaycan Prezidentinin təyyarəninkənardan zədələnməsi, eləcə də radioelektron mübarizə vasitələrininmümkün təsirləri barədə bəyanatına mühim diqqət yetirilir.

Türkiyənin “DHA Press” nəşri isə öz materialında hadisəninaraşdırılmasının beynəlxalq aspektlərinə diqqət çəkir. Məqalədəvurğulanır ki, Prezident İlham Əliyev xilasetmə əməliyyatlarındagöstərdiyi dəstəyə və köməyə görə Qazaxıstana minnətdarlığınıbildirib.

“Azərbaycan Prezidenti hava nəqliyyatının təhlükəsizliyininvacibliyini qeyd edərək bildirib ki, Bakı ilə Rusiyanın bir sıraşəhərləri arasında uçuşların dayandırılmasına şəxsən göstərişverib”, - DHA Press yazır.

Prezident
Prezident
Prezident
Chosen
96
6
az.trend.az

7Sources