EN

Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər

İsveçin bəzi məktəblərində valideynlər müəllimlərlə görüşə vəkilləri cəlb etməyə başlayıblar ki, bu da pedaqoqların narahatlığına səbəb olub.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fenomenə həm inkişaf etmiş özəl məktəblərdə, həm də sosial cəhətdən problemli regionlardakı bələdiyyə təhsil müəssisələrində rast gəlinir.

Ailə vəkilləri qiymətlər, tədris metodları və ya məktəbin hərəkətləri ilə bağlı mübahisəli məsələlərdə iştirak etmək üçün görüşlərdə valideynləri müşayiət edirlər. Bəzən onlar gözlənilmədən peyda olurlar ki, bu da müəllimlər tərəfindən təzyiq kimi qəbul edilir.

Stokholmdakı “Sveriges Lärare” (İsveç müəllimi) həmkarlar ittifaqının sədri Britt-Mari Selin qeyd edir ki, belə hallar müəllimlərin peşəkarlığı üçün təhdidə çevrilir.

Müəllimlər hesab edirlər ki, bu cür təzyiq onların tədris yükünü artırır və bu, sinfin qalan hissəsinə mənfi təsir göstərə bilər.

“Müəllim dərs vermək əvəzinə, əsassız tələblərin ödənilməsinə vaxt sərf edir”, - deyə, B-M Selin vurğulayıb.

Həmkarlar ittifaqı hesabatlarında bildirir ki, valideynlər vəkilləri cəlb etməklə yanaşı, müəllimləri mətbuata müraciət etməklə, Məktəb Müfəttişliyinə şikayət etməklə hədələyir, və ya sosial şəbəkələrdə onları mənfi obrazda göstərirlər. Müəllimlər qorxurlar ki, belə bir tendensiya məktəblərə yeni kadrların cəlb edilməsini çətinləşdirə və müəllimlərin nüfuzunu aşağı sala bilər. Həmkarlar ittifaqı vurğulayır ki, bu təcrübə tədris prosesinə mənfi təsir göstərir və yuxarı səviyyədə müzakirə tələb edir.

Chosen
87
50
azedu.az

10Sources