EN

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda sevindi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Superliqasında 18-ci turun matçları keçirilir.
Oxu.Az xəbər verir ki, lider "Qalatasaray" doğma azarkeşləri önündə "Göztepe"ni sınağa çəkib.
"Aslanlar" Osimhen (10, pen.) və Akgünün (61) qolları ilə rəqiblərini məğlub ediblər. Qonaqlar buraxılan toplardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.
Hazırda Okan Burukun yetirmələri 47 xalla turnir cədvəlinin vahid lideridirlər. Bir oyun az keçirən "Fənərbağça" ikinci yeri tutur və "cim-bom"dan 9 xal geri qalır. "Göztepe" isə 28 xalla ilk beşliyi qapayır.
Chosen
65
50
oxu.az

10Sources