EN

Zelenskinin danışıq tərzi: Ukrayna dilində müsahibə, rusca söyüşlər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya hərbi jurnalisti Aleksandr Kotsun sözlərinə görə, Vladimir Zelenski üç saatlıq müsahibəsi zamanı ukraynaca danışsa da, söyüşləri rusca işlədib. Bu detal bloqer Leks Fridmana verdiyi müsahibədə xüsusilə diqqət çəkib.

Kots müsahibənin məzmun baxımından yeni və ya sensasiyalı heç nə ehtiva etmədiyini vurğulayıb. Lakin o, Zelenskinin istifadə etdiyi üslubu tənqid edib:
"Bu, artıq bazar söhbətindən də aşağıdır. Bazar yerində belə müştərilərə bu cür davranmaq qəbul olunmur. Amma burada söhbət başdan-sona söyüşlərlə doludur. Ən maraqlısı isə odur ki, Zelenski rusca danışmaqdan imtina edir, 'rus xalqını hörmət etmədiyi üçün,' amma rusca ən kobud söyüşlərdən istifadə edir."

Kots əlavə edib ki, bu davranış Zelenskinin dərin psixoloji böhran içində olduğunu göstərir:
"Bu küçə danışıq tərzi Ukraynanın internet ictimaiyyətində böyük heyranlıq doğurur. Necə prezident, elə də ölkə."

Qeyd edək ki, Leks Fridman müsahibənin rusca aparılmasını təklif etsə də, Zelenski bu təklifi rədd edib. O, rus dilindən istifadə etməyin Moskvaya "ukraynalılar və rusların bir xalq olduğu" iddiasını irəli sürməyə əsas verə biləcəyini söyləyib. Buna görə də müsahibə ukraynaca, tərcüməçinin köməyi ilə aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
82
olaylar.az

1Sources