FTB Luiziana ştatının Yeni Orlean şəhərində avtomobillə hücum həyata keçirən şəxsin 2024-cü ilin iyununda Misir və Kanadaya getdiyini, oktyabrda isə iki dəfə Yeni Orleana gəldiyini açıqlayıb.ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Lyonel Mirsil Yeni Orleandakı hücumla bağlı mətbuata açıqlama verib.Şəmsud Din Cabbarın hücumu həyata keçirərkən meta eynək adlanan qeyd xüsusiyyətinə malik ağıllı eynək növündən istifadə etdiyini bildirən Mirsil təcavüzkarın 2024-cü ilin oktyabrında iki dəfə Yeni Orleana gəldiyini və video çəkilişlər apardığını təyin etdiklərini deyib.Mirsil qeyd edib ki, təcavüzkarın 2024-cü ilin iyununda Misirə, oradan da Kanadaya getdiyi də müəyyən edilib və onun səfərlərinin məqsədi araşdırılır.Hazırda bütün sübutların Cabbarın təkbaşına hərəkət etdiyini göstərdiyini deyən Mirsil onun mümkün əlaqələrinin hələ də araşdırıldığını bildirib.