EN

Yeni virus hansı simptomlarla müşahidə olunur?

Son günlərdə aparılan araşdırmalara əsasən insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə yoluxurlar.  Aktiv şəkildə  yayılan xəstəlik isə  metapnevmovirusudur. Qeyd edək ki, bu virus Çindən sonra Qazağıstanda da geniş yayılmağa başlayıb. 

Bəs bu virus hansı simptomlarla müşahidə olunur? 

İnfeksionist Mərdan Əliyev "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, bu, qripə bənzər simptomlarla müşahidə olunan bir xəstəlikdir. "Metapnevmovirus" virus kəskin resperantur virus infeksiyası törədir. Xəstəlik əsasən boğaz ağrısı, öskürək, halsızlıq  bəzən də qızdırma  ilə müşahidə olunur. Qeyd edək ki, bu əslində çoxdan məlum olan bir virusdur və 5 yaşdan kiçik uşaqlarda daha ağır keçir. İmmun sistemi zəif olan və yaşı 65 dən yuxarı olan şəxslərdə daha çox ağırlaşır. Buna görə də risk qrupuna daxil olan şəxslər daha çox diqqətli olmalıdır. Xəstəlikdən qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək və toplum içində az olmaq lazımdır. Səhhətində heç bir problem olmayan insanlar bu xəstəliyə tutulduqda keçirilməsi çətin olmur. Hətta deyərdim ki, qripdən belə asan keçirən xəstəlikdir".


Havar Şəfiyeva

1Sources