EN

Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib

Bakı. Trend:

Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizəekstradisiyası təmin edilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımvə hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixliKonvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasınınvətəndaşı Becanov Taleh Mehdi oğlunun ekstradisiyası haqqında BaşProkurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğutərəfindən təmin edilib.

Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidaiistintaq edilən cinayət işi üzrə Taleh Becanovun CinayətMəcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədiləndələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinəəsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxsqismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsindəbeynəlxalq axtarış elan edilib.

Taleh Becanov Rusiya Federasiyasının ərazisində saxlanılaraqƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyununmüşayiəti ilə Azərbaycana gətirilib.

Chosen
42
49
az.trend.az

10Sources