Rəhim Sadıxovun “Sumqayıt”dan ayrılığı dəqiqləşib. 28 yaşlı yarımmüdafiəçinin yeni klubu da rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, Sadıxov karyerasını “Turan Tovuz”da davam etdirəcək. Bu haqda Tovuz klubunun yaydığı açıqlamada bildirilib.
Onunla 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanılıb. Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və“Torpedo” klublarının şərəfini qoruyub. Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.