EN

Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarə gəmisinə hücum edib

Şiə hərbi-siyasi “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında ABŞ-ın “USS Harry Truman” aviadaşıyıcısına kütləvi hücum etdiyini açıqlayıb.

Al Masirah- ın məlumatına görə , husilər zərbəni təyyarədaşıyan gəminin Yəmənə genişmiqyaslı hücuma hazırlaşdığı vaxt həyata keçirib.

“Əməliyyat iki qanadlı raket və dörd PUA-dan istifadə edilməklə, Amerika düşməninin ölkəmizə böyük hava zərbəsi endirməyə hazırlaşdığı bir vaxtda həyata keçirilib. Bu, Amerikanın hücumunun uğursuzluğa düçar olmasına səbəb oldu”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl husilər Yəməndə Amerikaya məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurduqlarını bildirmişdilər.

DOĞRU.AZ

Chosen
73
dogru.az

1Sources