EN

Şəhərin mərkəzinə giriş ödənişli oldu

Tıxacları ilə məşhur olan Nyu Yorkda yeni dövr başlayıb.

Söz.az "haberglobal"-a istinadən xəbər verir ki, şəhərdə nəqliyyatın sıx olduğu ərazilərə daxil olan sürücülər artıq rüsum ödəməlidirlər.

“Nəqliyyat sıxlığı haqqı” adlanan proqram bazar günü qüvvəyə minib. Günün ən sıx saatlarında təyin olunmuş ərazilərə öz avtomobilləri ilə daxil olmaq istəyənlər 9 dollar, digər saatlarda daxil olanlar isə 2,25 dollar ödəməlidirlər.

Sistem avtomobilləri izləyən kameralar sayəsində işləyir.

Məqsəd Nyu-Yorkda nəqliyyatın hərəkətini asanlaşdırmaqdır. Bundan əlavə, yığılan pulla şəhərin ictimai nəqliyyat infrastrukturunun təmiri üçün fond yaradılacaq.

Proqram sayəsində 60-cı və 2-ci prospektdə tıxac azalıb, maşınlar sürətlə hərəkət edib.


Chosen
38
soz.az

1Sources