EN

Məşhur bankir Trüdonun postuna namizəd olacaq - "Financial Times"

İngiltərə və Kanada banklarının keçmiş rəhbəri Mark Karni baş nazir Castin Trüdonun istefasından sonra Kanada Liberal Partiyasının lideri postuna namizəd ola bilər. Bu barədə Britaniyanın “Financial Times” qəzeti Karninin bəyanatına istinadən məlumat yayıb.

"Financial Times" yazır: "İngiltərə Bankının və Kanada Bankının keçmiş idarəedicisi Mark Karni bu həftə baş nazir Castin Trüdonun istefa verməsindən sonra Kanada Liberal Partiyasının liderliyinə namizədliyini irəli sürməyi düşünür".

Yaxın günlərdə maliyyəçi belə bir addımı ailəsi ilə müzakirə etməyi və hakim Kanada partiyasının rəhbəri postuna namizəd olub-olmayacağına qərar verməyi planlaşdırır.

Xatırladaq ki, Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının rəhbərliyindən istefa verdiyini elan edib. 53 yaşlı siyasətçi paytaxt Ottavada keçirdiyi mətbuat konfransı zamanı partiya yeni liderini seçənə qədər Baş nazir vəzifəsində qalacağını açıqlayıb.

Castin Trüdo vurğulayıb ki, ölkə parlamenti martın 24-dək fəaliyyətini dayandıracaq.

Tural

Chosen
9
1
news365.az

2Sources