EN

Türkiyə demoqrafik böhran astanasında - Ərdoğandan çağırış

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ailələri azı 3 övlad sahibi olmağa çağırıb. Türkiyə Prezidenti 2025-ci ili ölkədə "Ailə ili" elan edib.

R.T.Ərdoğan 2023-cü ildə doğum əmsalının 1,51 səviyyəsinə qədər enməsini "Türkiyənin gələcəyi üçün təhlükə və ciddi həyəcan siqnalı adlandırıb".

Ərdoğanın qərarı ilə yanvarın 9-da Ankarada Türkiyənin əhali siyasəti ilə bağlı Ali Şuranın ilk iclası keçiriləcək.

İclas iştirakçıları vitse-prezident Cevdet Yılmazın sədrliyi altında ölkənin demoqrafik inkişafının vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.

Hürr Tərcüman

 

Chosen
13
hurriyyet.az

1Sources