EN

Körpüdən qopan daşlar təhlükəli vəziyyət yaratdı - Video - Açıqlama

Paytaxtın Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.

“Qafqazinfo”nun BAKU.WS-ə istinadən məlumatına görə, körpüdə daşlar qoparaq yola düşüb.

Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında məsələyə aydınlıq gətirib:

“Babək prospektində yerləşən yol ötürücülərindən birində bəzək üçün vurulmuş üzlük daşlarının kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa müddət ərzində həmin daş hissələri yol kənarından təmizlənərək kənarlaşdırılıb.

Yol ötürücüsündə olan digər üzlük daşları tərəfimizdən yoxlanılıb və qopma ehtimalının olmadığı müəyyən edilib”.

Sözügedən vəziyyətlə bağlı videonu təqdim edirik:

Chosen
85
7
qafqazinfo.az

8Sources