EN

Analitik XRP üçün altı həftə vaxt verdi - “Böyük yüksəliş qapıdadır”

Təcrübəli analitik Peter Brandt XRP-nin bazar dəyərinin 500 milyard dolları keçə biləcəyini iddia edib.

Valyuta.az xəbər verir ki, uzun müddətdir bazarda olan və uğurlu təhlilləri ilə yaxından təqib edilən təcrübəli analitik Peter Brandt Ripple (XRP) üçün cəsarətli bir proqnoz verib. “X” hesabından paylaşım edən Brandt” XRP-nin bazar dəyərinin 500 milyard dolları keçə biləcəyini iddia edib.

Peter Brandt XRP-nin həftəlik qrafikində iki dəfə azaldılmış bayraq nümunəsinin olduğunu və bu model altı həftə ərzində tamamlanarsa, XRP-nin potensial partlayış yaşayacağını bildirib.

“CoinMarketCap” məlumatlarına görə, 2,4 dollara satılan və bazar dəyəri 140,3 milyard dollar olan XRP “Bitcoin”“Ethereum”dan sonra üçüncü yerdədir.

Əvəz Həsənov

Chosen
34
valyuta.az

1Sources