EN

Rusiyada bakalavr dərəcəsi ləğv ediləcək

Rusiya universitetləri yeni ali təhsil sisteminə keçəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2026-cı ildən Rusiyada “bakalavr” anlayışı yox olacaq. Əvəzində ali təhsilin iki səviyyəsi olacaq: əsas və ixtisas. Magistratura isə qalacaq.

“2026-cı il sentyabrın 1-dən bütün Rusiya universitetlərinin yenilənmiş ali təhsil sisteminə keçidi planlaşdırılır. Göstərilən tarixə qədər Rusiya Təhsil və Elm Nazirliyi müvafiq normativ hüquqi aktları hazırlayıb təsdiq edəcək”, – məlumatda deyilir.

Nazirlik həmçinin qeyd edib ki, hazırda mövcud təhsil proqramları üzrə qeydiyyatdan keçən tələbələr daxil olduqları proqramı başa vura biləcəklər./unikal

Chosen
16
1
yenicag.az

3Sources